Cinsini dəyişmiş insan tövbə edərsə bağışlanarmı?

    30.11.2024
Sual: 
Salam aleykum. Sualım qeribe gele biler. Ancaq mene her çox zaman maraqlı olub. Deyek ki bir insan öz cinsini deyişib, meselen kişidirse artiq qadin bedenindedir ve ya tersi qadindirsa artiq kişi bedenindedir. Bele insanlar islami qebul etse tövbe etseler günahları bağışlana bilermi? Onlar meselen kişi özünü qadin etmiş ve qadın bedenindedirse qadin kimi yaşamalidir? İslami yaşam baxımından. Meselen başini bağlamalıdır?. Belkede bele insanlar heç hidayet olunmur ki bele bir veziyyet yaransn..
Cavab: 

Və aleykum Salam. Hər bir insan Allahın onun üçün təqdir etdiyi və seçdiyi haldan razı qalmalıdır. Uca Allahın yaratdığı yaradılışı dəyişmək böyük günahdır. Lakin Uca Allah səmimi tövbə edən hər bir insanı etdiyi günahın böyüklüyündən asılı olmayaraq bağışlayır. Səmimi tövbə etmək hər bir bəndə üçün asan və əlçatandır. Sadəcə Allaha yönəlməli, günahını etiraf etməli, peşman olaraq Allahdan bağışlanmasını diləməlidir. Bu barədə ətraflı oxuyun:

 

Cinsini dəyişən insan tövbə edərsə, həmin insan öz əvvəlki yaradılışına və fitrətinə qayıtmalıdır. Bu sahədə ixtisaslaşmış həkimlərin bildirdiyinə görə bu mümkün və asandır. Həmçinin oxuyun:

Paylaş: