Yeddi yaşlı uşağa namazın sözlərini necə əzbərlətmək olar?
Sual:
Salam burda qeyd edilen məlumatda deyir ki 7 yaşına çatdıqda namaz qılsın .
Yeddi yaşına çatdıqda uşaqlarınıza namazı öyrədin və on yaşına çatıb namaz qılmadıqda onları yüngülcə vurun və yataqlarını ayırın". (Əbu Dəvud, 495).
7 yaşındakı uşaqa namazın sözlerini necə öyrənsin yada nə
Cavab:
Və aleykum Salam. Uşaqlara namazı tədricən öyrətmək lazımdır. Sözsüz ki namazların sözlərinin hamısını bir dəfəyə uşağa öyrətmək çətindir. Əvvəlcə əl-Fatihə surəsini öyrətmək, sonra əl-İxlas, daha sonra təşəhhüdü və s. beləcə tədricən öyrətmək lazımdır. Həmçinin namaz qılarkən uşağı özünə qoşaraq namazın hərəkətlərini də öyrətmək lazımdır. Yeddi yaşlı uşaq artıq 2-ci və ya 3-cü sinifə gedən uşaqdır və bu yaşda olan uşaqlar artıq müəyyən şeyləri əzbərləmək qabiliyyətindədirlər. Amma namaz öyətdikdə uşaqla mehriban davranmaq lazımdır və sərtliyə yol vermək olmaz. Həmçinin oxuyun:
Uşaqlar neçə yaşdan namaz qılmalıdırlar?
Övladlarımızı namaza necə həvəsləndirək?
Uşaqların əməlisaleh olması üçün nə etmək lazımdır?