Qəza namazlarını necə hesablaya bilərəm?

    30.01.2025
Kimdən: 
Bir qadın
Sual: 
Qeza namazını nece hesablaya bilerem? Ehli sünnet namazı qılıram. Ve Vitir namazınında qezasınıda hesablaçalıyıq deyilir doğrudur? Namaza 18 yaşda başlamışam. İndidən çox sağolun
Cavab: 

Əssələmu aleykum. Keçmiş illərdə qılınmayan namazlar qəza edilmir, çünki tövbə özündən əvvəlki günahları silir. Peyğəmbərimiz (ona və ailəsinə Allahın salavatı və salamı olsun) demişdir: "Tövbə özündən əvvəlki günahları silir". (İmam Əhməd, 4/199, 204-205). Bunun əvəzinə nafilə namazları və saleh əməlləri (oruc, sədəqə və s.) artırın, çünki saleh əməllər günahların silinməsinə səbəbdir. Uca Allah buyurur: "Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır". (Hud, 114). Həmçinin bu cavabları oxuyun:
Keçmiş illərin qəza namazları qılnmalıdır?
Qəza namazları neçə rükət və nə vaxt qılınır?

Teqlər: 
Paylaş: