Öz-özünə boşalmaq və mübahisə zamanı lənət etmək haqqında
Aleykum salam.
1) Bu cavabı oxuyun: Masturbasiya etməyə icazə verilir?
2) Müsəlman bəddua və lənət edən olmamalı, əksinə daima xeyir dua edən olmağa çalışmalıdır. Əbu Hureyrə (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbərə (salləllahu aleyhi və səlləm) "Ey Allahın Rəsulu, müşriklərə bəddua edib onlara lənət et" - deyildi. Buna cavab olaraq Allahın Rəsulu (salləllahu aleyhi və səlləm) belə dedi: "Mən rəhmət olaraq göndərildim, lənətçi olaraq deyil".
Həmçinin, haqsız yerə başqasına bəddua etmək, lənət etmək də təhlükəlidir. Çünki bəddua haqsız yerə edilərsə, sahibinə qayıda bilər. Rəsulullah (salləllahu aleyhi və səlləm) demişdir: "Hər hansı bir şeyə lənət etdikdə o, göy üzünə çıxar. Səmanın qapıları ona bağlanar. Sonra yerə enər, yer üzünün qapıları ona bağlanar sonra sağa-sola boylanar. Daxil olacaq bir yer tapmadıqda lənət edilən şəxsə gedər. Əgər o bu lənətə layiqdirsə, onda qalar, deyilsə lənət edənə qayıdar". (Əbu Davud; ət-Tirmizi).
Bu hədisdən göründüyü kimi lənət haqsız yerə söyləndiyi zaman sahibinin özünə qayıdar. Odur ki, tez-tez bəddua edib adət halına çevirməkdən çəkinmək lazımdır. Allah Rəsulu (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Özünüzə, övladlarınıza, yanınızda işlətdiyiniz kəslərə və mallarınıza bəddua etməyin. Allahın duaları qəbul etdiyi ana rast gələr, O da qəbul edər". (Əbu Davud).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) bir hədisə münafiqlərin əlamətlərini vəsf edərkən belə deyir: "Bu dörd xislət kimdə olarsa, o, xalis münafiq (riyakar) sayılar. Kim bu xislətlərdən birini daşıyarsa, ondan əl çəkənə qədər həmin insanda münafiqlikdən bir pay olar. (Həmin xislətlər bunlardır:) Əmanət verildikdə ona xəyanət edər, danışanda yalan danışar, əhd bağladıqda əhdini pozub vədinə xilaf çıxar və mübahisə etdikdə həddini aşıb söyüşə və dava-dalaşa keçər". (əl-Buxari və Muslim).
Abdullah (Allah ondan razı olsun) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) dedi: "Müsəlmanı söymək günah, onunla vuruşmaq isə küfrdür". (əl-Buxari; Muslim). Həmçinin oxuyun:
Müsəlmanı söymək barəsində hədislər yaza bilərsinizmi?
İslam dini lənəti bəyənirmi?