Namaz əsnasında ağlıma gələn pis fikirlər namazı batil edirmi?
Sual:
Salam aleykum Allah ucun mene yardim etsez cox sevinerem. Nece vaxdidi mende bu problem başliyib namaz qilarken sessiz ve sesli namazlarda icimde bir ses danişir cox bezdirir cixiram namazdan qirirem yene eyni şey ayetleri oxuya oxuya icimden bir ses menen danişir ya kufur edir yene cixib tezden başliyiram ve başliyiram boqulmaqa aqlamaqa getmir bu nedirse. Birden gezeb gelir artiq ozum ozme soyuş soyurem ureyimde eseblesib yene cixiram her defe istigfar edirem ama yenede eyni şey olur. Başliyiram cixiram istigfar edirem hem namazda olur hem zikir edende bunlar menim namazimi batil edir mi?? Ne destamazi duz aliram yani yel cixir her alanda ve namazda bu fikir meni oldurur.
Cavab:
Va aleykum Salam. Əvvəla bunu qeyd edək ki, istər namazda olsun, istər namazdan kənar, insanın özündən asılı olmayaraq ağlına gələn pis fikirlərə görə insan günah qazanmır. Bu şeytanın vəsvəsəsidir. Siz bu fikirlərə görə məsuliyyət daşıdığınızı və günah qazandığınızı düşündüyünzə görə şeytan bu vəsvəsələri daha da artırır. Lakin əgər bilsəniz ki, bu fikirlər hamıda olur və bu fikirlərə görə insana günah yazılmır, belə fikirlər tədricən sizdən keçib gedəcək. Namaz əsnasında və ya dəstəmaz alarkən belə fikirlər gəldikdə bu fikirlərə fikir verməyin. Ətraflı oxuyun: