Səfərə getdiyim zaman namazları gec qılsam günah olarmı?
Sual:
Əssəlamu Aleykum və Rəhmətullahi və Bərakatu Əlhəmdulillah necəsiz. Mən bu yaxınlarda İsmayıllı rayonuna səyahətə gedəcəm. Mən əgər namazın vaxtından gec qılsam bu günah deyil ki. Yəni orada gəzintidə falan olacam əgər geciksə günahdır.
Cavab:
Və aleykum Salam va Rahmətullahi va Bərakətuhu. Bakıdan və ya başqa bir rayondan İsmayıllı rayonuna getmək artıq səfər sayılır. Səfərdə olan insan namazlarını qısaldaraq cəm edə bilər. Cəm etmək dedikdə Zöhr namazı ilə Əsr namazını, Məğrib namazı ilə İşa namazını bir yerdə iki namazın birinin vaxtında qıla bilər. Lakin Sübh namazı öz vaxtında qılınmalıdır. Həmçinin səfərdə olan insan Sübh namazının sünnəsi istisna olmaqla nafilə namazları qılmır. Bu rüsxətdən kənar namazları qəza etmək olmaz. Səfərdə namazı birləşdirmək barədə ətraflı oxuyun: