On gün heyz olduqdan sonra qan gələrsə bu, heyz sayılırmı?
Sual:
10 gün aybaşı olandan sonra qüsl alıb namaz qılmaq istəyirəm. Lakin aybaşı bitəndən sonra qan yenə gəldi namaz qıla bilərəm?
Cavab:
Əssələmu aleykum. Əgər heyz qüslundan sonra gələn axıntı qan deyil, qəhvəyi və ya sarımtıl axıntı olarsa, bu halda bu axıntıya fikir verməyin. Yox əgər qüsl etdikdən sonra gələn axıntı qan olarsa və bu qan heyz qanına bənzəyərsə, bu halda orucunuzu və namazları saxlamalısınız. Çünki bu qan əvvəlki heyzin davamıdır və heyz günləri artıb-azala bilir. Həmçinin oxuyun:
Heyz qurtarandan sonra kiçik qan ləkəsi gələrsə oruc və qüsul pozulurmu?