Heyz bitdikdən 15 gün sonra gələn qan qüslu pozurmu?

    08.10.2025
Sual: 
Salam.Heyz bitdikdən sonra yəni hardasa heyzdən 15 gün keçibsə və qan gəlirsə bu qüslu pozur?(axıntıdan sonra heyz olmur sadəcə arada gəlir belə qan)
Cavab: 

Və aleykum Salam. Heyz qanı məlum vaxtlarda gəlir və müəyyən əlamətləri olur (qadında ağrılar, qanın rəngi, qoxusu və s.). Əgər qan heyz vaxtından başqa vaxtda gələrsə və heyzin əlamətləri yoxdursa, bu qan heyz sayılmır və qüslü də pozmur. Qadın sadəcə yuyunub dəstəmaz almalı və ibadətlərini yerinə yetirməlidir. Heyz bitdikdən 15 gün sonra gələn qanda heyzin əlamətləri varsa, demək ki bu növbəti heyzdir. Əgər heyzin əlamətləri yoxdursa, demək ki bu adi qandır və qüslü pozmur. Həmçinin oxuyun:

Heyz bitdikdən iki gün sonra gələn az miqdarda qan orucu pozurmu?

Heyz qüslü aldıqdan sonra gələn qan orucu pozurmu?

Paylaş: