Başqasına ruqyə etmək olarmı və Quranda Allahın özünə "biz" deməsi haqda

    23.06.2014
Sual: 
Salam aleykum. Bir insan bawqasina ruqiye ede bilermi? 2)Bir nefer deyirki, Allah tekdir. Quranda bezi ayelerde Allah teala biz deye xitab eleyir. O deyir ki, Allah tekdirse ne ucun biz deye xitab eleyir? Mumkundurse bu suallar barede etrafli melumat veresiniz.Allah razi olsun.
Cavab: 

Və aleykum Salam. Bəli, bir insan özünü və ya digər birini ruqyə (şəriət yolu ilə müalicə) edə bilər. Bu haqda daha ətraflı bu məqaləni oxuyun: Allahın kəlamı ilə müalicə 
Bunun üçün Quran ayələri, zikr və duaları oxumaq məsləhət görülür. Bütün bu duaları "Müsəlmanın qalası (dua və zikrlər kitabça"dan adlı əldə edə bilərsiz.
Bir hədisdə belə buyurulur: "Rəsulullahla (salləllahu aleyhi və səlləm) ilə birlikdə oturmuşduq, bir nəfər gəldi və "Ya Rəsulullah, mənim qardaşım narahatdır" dedi. Peyğəmbər (salləllahu aleyhi və səlləm) "narahatlığı nədəndir?" buyurdu. O da, "Cinlənib" deyə cavab verdi. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) "onu mənim yanıma gətir" dedi. Gedib gətirdi və peyğəmbərin qarşısında oturtdu. Sonra peyğəmbərin bu duaları oxuduğunu eşitdim: əl-Fatihə surəsi, əl-Bəqərə surəsinin ilk 4 ayəsi, əl-Bəqərə surəsinin 163-164-cü ayələri, Ayətul-Kursi, əl-Bəqərə surəsinin son 3 ayəsi, Ali İmran surəsinin 18-ci ayəsi, əl-Əraf surəsinin 54-cü ayəsi, əs-Saffat surəsinin ilk 10 ayəsi, əl-Həşr surəsinin son 3 ayəsi, əl-Cin surəsinin ilk 3 ayəsi, əl-İxlas, əl-Fələq və Nən-as surələri. Həmin adam, bir şey qalmadı, yaxşılaşdı" dedi. (İbn Məcəh, 3549).
Digər sualınızın cavabını isə buradan oxuyun: Allah təkdirmi?

Paylaş: