Qızımın toy günü anamın, bir ay sonra isə oğlumun vəfat etməsi nədəndir?
Əssələmu aleykum. Mömin insanın həyatında həm sevindirici xoş günləri, həm də çətinliklər və sıxıntılı günlər olur. Uca Allah bununla qullarını imtahan edir. Uca Allah bu xüsusda belə buyurur: "Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə: "Biz, Allaha məxsusuq və Ona da qayıdacağıq!"– deyirlər. Onlara öz Rəbbi tərəfindən təriflər və mərhəmət vardır. Məhz onlar doğru yolda olanlardır". (əl-Bəqərə, 155-157). Həmçinin buyurur: "Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!" (əl-Ənbiya, 25). Bu barədə ətraflı oxuyun:
Allah insanları hansı şəkildə imtahan edir?
Mömin insan başına gələn müsibətlərə görə səbir etməli, bunun mükafatını Allahdan ummalı və Uca Allah barədə gözəl zəndə olmalıdır. Xeyir işlərdə isə şükür etməli və Allaha bu nemətə görə həmd etməlidir. Allahdan heç vaxt ümidini kəsməməldir. Peyğəmbər ﷺ demişdir: "Uca Allah buyurur: "Mən, qulumun barəmdəki zənninə görə yanındayam" (əl-Buxari, 7405). Digər hədisdə deyilir: "Əgər qulum Mənim barədə xeyir zənn edərsə, xeyirə nail olar, pis zəndə olarsa, pisliklə qarşılaşar". (Əhməd, 9076). Ətraflı oxuyun: