Ehtiyac üzündən zina edənin namaz qılmağı düzgündür?

    26.06.2014
Sual: 
Salam aleykum kimsesiz kalib ve ya kimse yardim etmediyi takdirde yardinsiz kalib pula ehtiyaci olub zina yaparsa namaz kilmagi duzgunmudu? Ve Allahuteala gunahini bagislayarmi bu kaderle barismazsa kendisi.
Cavab: 

Aleykum salam. Ehtiyac üzündən zina etmək fikri kökündən səhvdir və dində üzr kimi qəbul edilmir. Uca Allah buyurur: "Şeytan sizi yoxsulluqla qorxudur və yaramaz işlər görməyi əmr edir. Allah isə sizə Öz tərəfindən bağışlanma və mərhəmət olunacağını vəd edir. Allah hər şeyi Əhatəedəndir, Biləndir". (əl-Bəqərə, 268).
"Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!" (əl-İsra, 32).
Allahdan qorxan və ona təvəkkül edən hər kəsə Uca Allah halal yollarla ruzi qazanmağı nəsib edər. Uca Allah buyurur: "Allahdan qorxana, Allah çıxış yolu göstərər və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər". (ət-Talaq, 2-3).
Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurmuşdur: "Əgər siz Allaha layiqincə təvəkkül etsəniz, O, quşa ruzi verdiyi kimi, sizə də ruzi verər. Belə ki, quş səhər-səhər yuvasından qarnı ac uçub gedir, axşam isə ora tox qayıdır".
Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) quşları bizə misal gətirməsi əbəs yerə deyil: Yuvasında heç bir ehtiyat yem saxlamadığı halda, gündə yüz dəfədən çox ov edən quşlar var ki, hər dəfə Uca Allah onların ruzisini verir. Daha ətraflı: Ruzinin artması üçün hansı duanı oxumalıyıq və ya nələr etməliyik?
Bu səbəbdən həmin insan bu əmələ görə peşman olaraq tövbə edib namaz qılmalı və bir daha bu əmələ qayıtmamalıdır. Uca Allah buyurmuşdur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl! Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir". (əl-Ənkəbut, 45). Daha ətraflı: Tövbə etsəm, Allah məni bağışlayarmı?

Paylaş: