Qadından gələn axıntılar hansı halda dəstəmazı, hansı halda qüslü pozur?

    10.04.2026
Kimdən: 
reyhanə
Sual: 
Salam Aleykum. çox üzrlü sayın. bildiyiniz kimi qadınlarda bəzi hallarda axıntılar olur. cinsi əlaqə zamanı, şəhvət vaxtı və adi halda olan. bildiyim qədəri ilə bəzi hallarda həmin axıntılar qüslün pozulmağına, bəzən isə sadəcə dəstəmazın pozulmağına səbəb olur. və bəzən də adi axıntı qüslə də dəstəmaza da təsir etmir. bunu biz hardan anlaya bilərik? necə ayırd edək?
Cavab: 

Və aleykum Salam. Cinsi əlaqə qüslü pozur. İstər axıntı olsun, istər olmasın. Adi hallarda şəhvət səbəbindən gələn axıntıya məzi deyilir. Bu axıntı dəstəmazı pozur. Adi hallarda gələn şəffaf axıntılar da, həmçinin, dəstəmazı pozur. Həmçinin oxuyun:

Paylaş: