Müştərinin məni tapa bilməyib gedibsə, bu mənim səhlənkarlığımdır, yoxsa qismət belə imiş?

    30.06.2026
Kimdən: 
Minayə Heydarova
Sual: 
Salam Aleykum bu gün müşdəriyə çatmadım getdi başqa yerə. Bunu mən öz əllərimlə etdim yoxsa qismət deyildi. Ancaq müşdərinin gələcəyindən xəbərim yox idi gəlib iki dəfə görüb qapı bağlıdır çıxıb gedib.
Cavab: 

Və aleykum Salam. İnsanın başına gələn hər bir iş Allahın qədəri ilə baş verir, lakin insan öz üzərinə düşən səbəblərə də sarılmalıdır. Əgər müştərinin getməsinə səbəb səhlənkarlıq olubsa, bundan ibrət götürüb gələcəkdə daha diqqətli olmaq lazımdır. Mömin keçmişə görə "əgər belə etsəydim belə olardı" deməməlidir, Allahın qədəri ilə razılaşıb səbəblərə daha yaxşı sarılmalıdır. Həmçinin oxuyun:

Allah insanları hansı şəkildə imtahan edir?

Mömin bir insanın ziyana düşməsi onun günahlarına görədirmi?

Teqlər: 
Paylaş: