Həyatımda ard-arda problemlərin yaranması sehr əlaməti ola bilərmi?

    18.09.2026
Kimdən: 
Sevda
Sual: 
Salam. 2 sualim olacaq xais cavablayasiz 1. Her şeyim ters gedir. Tez tez heyatimda yeni neqativ movzular cixir. Ya işlerim alinmir ya uşagda problem . Cadu ola bilermi? Onu nece bilim ? Varmi yoxmu cadu? Ne edim? 2. Qohumuma cin musallat olmuşdu mualice eltdirdi. Mene soyledi detalli danişdi. Men çox qorxdum. Indi qorxuram ki birden mene de musallat olar. Yadima duşdu ki evveller gozume nelerse gorunurdu ama indi yox idi ta ki bu qiz mene ehvalatlari danişana kimi. Uje qorxum var deye Gozume nelerse gorsenir.kolge kimi baxiram ki hecne yoxdu. Ta tesevir edirem ki yanimdadi . Dehset qorxuram. Namaz qilanda ele bilirem mene baxir. Beynime salmişam. Ne edim? Goren mene de musallat olub?
Cavab: 

Və aleykum Salam. 

1) Həyatda ard-arda çətinliklərin baş verməsi insanın sehrə məruz qalmasına dəlil deyil. Sehrin olub-olmadığını belə hadisələrə əsasən müəyyən etmək mümkün deyil və buna görə özünüzdə sehr axtarıb şübhə və qorxunu artırmayın. Sehrdən və şeytanın vəsvəsəsindən qorunmaq üçün namazları qoruyun, səhər-axşam zikrlərini, Ayətul-Kürsini, İxlas, Fələq və Nəs surələrini oxuyun və Allaha təvəkkül edin. Şəriətə uyğun ruqyə etmək də icazılidir. Ətraflı bu cavabları oxuyun:


2) Qorxuya düşdükdən sonra kölgə görürmüş kimi olmaq, daim ətrafı yoxlamaq və "yanımdadır" deyə düşünmək insanın güclü qorxu və vəsvəsə səbəbilə yaşaya biləcəyi hallardır və bunlar öz-özlüyündə cinin sizə musallat olmasına dəlil deyil. Odur ki, Allaha sığının, qorxulu söhbət və videolardan uzaq durun. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: