Təvəssül və qəbir ziyarəti ilə bağlı sual

    05.07.2014
Sual: 
As Salamu Aleykum. Menim size bir nece sualim var. 1-Quran ayetlerinden birinde "Bize yaxinlasmaq ucun vasite axtarin (Maide 35)" Diger bir ayetde ise "Biz size şahdamarinizdan da yaxiniq" buyurulur. Bunu nece basa dusmek olar? 2-Əbu Hənifə deyir ki, bir şəxs ayaqqabıya ibadət edib Allaha yaxınlaşa bilirsə, bunda heç bir eyb yoxdur." Xətib Bağdadi - Bağdadın tarixi, səh. 4900. bu ifade sehihdirmi? sehihdirse anlami nedir? 3-Men qebr ziyaret edirem. Ama onnan komek dilemirem. Sadexe dunyadan kocmus yaxinlarima baş cekirem. Bu şirkdirmi?
Cavab: 

Aleykum salam.
1) Dediyiniz ayədə "vasitə axtarın" deyildikdə Allahın razılığını qazanmaq üçün xeyirli əməllər etmək nəzərdə tutulur. Daha ətraflı:
Allahdan kömək istəyərkən kəramət sahiblərinin xətirni vasitə tutmaq olarmı?
Təvəssülün neçə növü var?

2) Əvvəla mümkün deyil ki, Əbu Hənifə (rahiməhullahu) belə söz desin. Hətta demiş olsa belə də, baxmaq lazımdır ki, Əbu Hənifə o sözü deməkdə məqsədi nə idi və nəyi nəzərdə tutub deyib. Yəni dediyi sözün təfsilatına mütləq baxmaq lazımdır. Günümüzdə islamın düşmənləri alimlərin adlarından çoxlu yalan və uydurmalar yazırlar ona görə də mütləq elmi səhih mənbədən (Quran ayələri və səhih hədislərdən) almaq lazımdır.
3) Qəbirləri ziyarət etmək şirk sayılmır. Sadəcə qəbirləri ziyarət edərkən Quran və Sünnədə gələn müəyyən qaydalara riayət etmək lazımdır ki, orada insan bilmədən şirkə, küfrə və bidət (dində yenilik) əməllərə yol açmasın. Həmçinin daha ətraflı bunu oxuyun: Qəbirləri ziyarət edən zaman hansı qaydalara riayət etməliyik?

Teqlər: 
Paylaş: