Namaz qılanda həmin namazın qəzasını da qılıram

    08.07.2014
Kimdən: 
nurlana
Sual: 
Salam aleykum men sorusmaq isteyirem ki qeza namazı nece qılınır.Mən namaz qılanda adeten qıldıgım namazın qezasını da qılıram.Bu olar?
Cavab: 

Aleykum salam. Qıldığınız namazın qəzasını qılmaq lazım deyil. Vaxtında unudaraq və ya digər üzrlü səbəbdən qılmadığınız namazların qəzasını qılmaq lazımdır. Ümumiyyətlə, namaz qılan müsəlman çalışmalıdır ki, namazları vaxtlı-vaxtında qılsın. Əgər vaxtilə qəsdən buraxdığınız namazlar olubsa, buna görə Uca Allahdan bağışlanma diləyin və çalışın namazlarınızı qoruyasınız.  Bilə-bilə namazı buraxmaq böyük günahdır. Uca Allah buyurur: "Namazları və (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun". (əl-Bəqərə, 238).
Həmçinin oxuyun:
Qəza namazları neçə rükət və nə vaxt qılınır?
Keçmiş illərin qəza namazları qılnmalıdır?
 

Teqlər: 
Paylaş: