Nəfs əleyhinə dua varmı?

    12.07.2014
Kimdən: 
Famil Namazlı
Sual: 
Salam,məndə bu il Ramazan ayi daxil olmaqla nəfs yarandi ve məni özünə çəkir sanki məni özünə tabe eləməyə çağırır,bunun üçün dua varsa zehmet olmasa yazın,bir de namazda məsh çəkmək nədir?
Cavab: 

Aleykum salam. Nəfs sözünün bir neçə mənası vardır. Sizin nəzərdə tutduğunuz nəfs böyük ehtimalla şeytani vəsvəsələrdir. Uca Allah buyurur: "Əgər sənə şeytandan bir vəsvəsə gəlsə, Allaha sığın. ("Əuzu billəhi minəş-şeytanir-racim" sözlərini de!) Çünki O, Eşidəndir, Biləndir". (Fussilət, 36).
Siz çalışın o vəsvəsələr fikir verməyəsiniz. Çünki şeytanın vəsvəsəsinə fikir verdikcə, o insanı daha da ələ almaq istəyir. Əslində isə şeytanın vəsvəsələri özü kimi zəifdir: "...Şübhəsiz ki, şeytanın hiyləsi (vəsvəsəsi) zəifdir!" (ən-Nisa, 76).
"Şübhəsiz ki, şeytanın, iman gətirib yalnız öz Rəbbinə təvəkkül edənlər üzərində heç bir hökmranlığı yoxdur. Onun hakimiyyəti yalnız onu özünə dost tutanlar və Allaha şərik qoşanlar üzərindədir". (ən-Nəhl, 99-100)
Xüsusən də Ramazan ayı gəldikdə şeytanların güclüləri Allah Təala tərəfindən zəncirlənir. Əbu Hureyrə (radıyəllahu anhu) Rəsulullahın (salləllahu aleyhi və səlləm) belə buyurduğunu rəvayət etmişdir: "Ramazan gəldikdə, cənnət qapıları açılır, cəhənnəm qapıları bağlanır və şeytanlar zəncirlənir". (əl-Buxari, 3277; Muslim, 1079; ət-Tirmizi, 682; İbn Məcəh, 1642; əl-Albani "Sahihul-Cami", 759).
Duaya gəldikdə isə bunu ouxyun: Şeytanı və onun vəsvəsələrini uzaqlaşdıran dua
Həmçinin bu barədə digər zikr və duları etmək yaxşı olardı. Bu duaları kamil şəkildə Müsəlmanın qalası (gündəlik dualar və zikrlər) kitabçasından da oxuya bilərsiniz. Həmçinin Səhər və axşam zikrləri edin.
Namazda məsh çəkmək haqqında isə ilk dəfədir ki, sizdən eşidirik. 

Teqlər: 
Paylaş: