Keçmiş illərin qəza namazlarını qılmaq və digər suallar

    17.07.2014
Kimdən: 
Elman
Sual: 
Salam. Ramazan ayınız mübarək. Sual: 1) Mənim hal-hazırda 38 yaşım var, bir ildirki namaza başlamışam. Mən əvvəllər qılmadığım namazların yerinə qəza namazı qılıram. Məsələn, Allahım sənin rızan üçün zöhr namazının 4 rükət fərzinin qəzasını qılıram deyib namaz qılıram. Deyə bilərsiz niyyəti düz edirəmmi və namazlarım qəbul olunarmı? 2) Orucluqda səhər imsakı sübh namazı girməmişdən 20 dəqiqə qabaq qurtarmaq lazımdırmı, yoxsa fərqi yoxdur azan oxunana kimi qurtarmaq lazımdır? 3) Birdən olur işlə əlaqədar və yaxud elə yerdə oluram ki, namaz qılmağa yer, imkan olmur, belə olan halda qılmadığım namazı qılanda necə niyyət etməliyəm? 4) Hər bir namazı bir namazın vaxtı girəndən o biri namazın vaxtı girənə kimi qılmaq olarmı, onda gecikmir ki? Öncədən sizə öz təşəkkürümü bildirirəm. Allah Sizdən razı olsun.
Cavab: 

Aleykum salam. İslamda əvvələr qılmadığım illərin qəza namazları anlayışı yoxdur. Səhabələr islama yeni girdikdə Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) onlara keçmiş illərin qəzasını qılmağı əmr etməmişdi. Namaza başlayandan sonra, unudaraq və ya digər üzürlü səbəbdən qılmadığınız namazların qəzasını qılmaq lazımdır. Həmçinin oxuyun: Keçmiş illərin qəza namazları qılnmalıdır?
Qəza namazına necə niyyət etmək haqqında oxuyun: Qəzaya qalan namazlara necə niyyət edilir?
Sahur yeməyini sübh namazının vaxtı girənə qədər yeyib qurtarmaq lazımdır.
Bir namazın vaxtı növbəti namazın vaxtının girməsinə qədərdir. Amma hədisdə deyilir ki, ən xeyirli əməl vaxtında qılınan namazdır. Təfsir alimlərinə görə ən fəzilətli vaxt ilk yarım saatdır.
 

Teqlər: 
Paylaş: