Namazların qəzasını qılmaq vacibdimi?
Sual:
Salam.bilmek istiyerdimki namazin qezasini mutleq qilmag lazimdimi,??birneceleri deyirki qilmag olmaz qezalari gunaha yazilir.bes dede babalarmizdan biliremki namazi qezasi qilinib.ne derecede duzdu yada sehf di??
Cavab:
Aleykum salam. Hər bir müsəlman çalışmalıdır ki, namazları vaxtlı-vaxtında qılsın. Peyğəmbərimizdən (salləllahu aleyhi və səlləm) ən xeyirli əməlin hansı olduğunu soruşduqda, bunun vaxtında qılınan namaz olduğunu söyləmişdir. Əgər vaxtilə buraxdığınız namazlar olubsa, buna görə Uca Allahdan bağışlanma diləyin və çalışın namazlarınızı qoruyasınız. Unudaraq, yatıb qalaraq və digər üzrlü səbəblərdən buraxılan namaz imkan olan kimi yenidən qılınmalıdır. Uca Allah buyurur: "Namazları və (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun". (əl-Bəqərə, 238). Daha ətraflı:
Keçmiş illərin qəza namazlarını qılmaq və digər suallar
Qəza namazları neçə rükət və nə vaxt qılınır?