Namazda qiyamda oxunan surələrin ardıcıllığı zəruridirmi?
Va aleykum salam. Namazda zəruri olan, əvvəlcə Fatihə surəsini oxumaqdır. Daha sonra digər surələri istədiyiniz ardıcıllıqla oxuya bilərsiniz. Buna dəlil aşağıdakı hədisdir: Rəvayət edilir ki, Huzeyfə demişdir: “Mən Allah Elçisi ilə birlikdə gecə namazını qılırdım. O, namazı əl-Bəqərə surəsi ilə başladı. Mən öz-özümə dedim: “Yüz ayədən sonra ruku edər”. O, davam etdi. Mən yenə öz-özümə dedim: “İki yüz ayədən sonra ruku edər”. O, davam etdi. Mən öz-özümə dedim: “əl-Bəqərəni bir rükətdə oxuyub ruku edər”. O, yenə davam etdi. Sonra ən-Nisa surəsini başladı və sona qədər oxudu. Sonra Ali-İmran surəsini başladı və onu da sona qədər oxudu. Onları aramla oxuyardı. Təsbih ayəsi keçdikdə, Allahı təsbih edərdi. Cənnət ayələri keçdikdə, Allahdan istəyərdi. Əzab ayələri keçdikdə, Allaha sığınardı. Sonra ruku etdi və: “Subhənə Rabbiyəl-Azim” (Əzəmətli Rəbbim Pak və Müqəddəsdir) - dedi. Rukusu vaxt baxımından ayaq üstə duruş qədər idi. Sonra başını qaldırıb: “Səmi Allahu limən həmidəh” (Allah Ona həm edəni eşitdi)- dedi. Rukudan sonra duruşu ruku etməsi qədər idi. Sonra səcdə etdi və: “Subhənə Rabbiyəl-Əalə” (Uca Rəbbim Pak və Müqəddəsdir) - dedi. Səcdəsi də ruku etməsinə yaxın vaxt qədər idi”.(ən-Nəsəi "Sunən" 1664). Daha ətraflı NAMAZ səhifəsindəki videoya baxıb öyrənə bilərsiniz.