Ərim məni atıbsa necə uşaq dünyaya gətirəydim, buna görə abort etdim
Sual:
salam eleykum siz deyirsiniz ki kebinsiz zina sayilir menim aileli olduqumnan haminin xeberi var idi men qosulub qacmisdim yoldasima zakisi kebiniyse defeletle teleb etmisdim ama elemedi cavabindasa mene sozu bu olmusdu men heckimle ne zakis nede kebin kesdirmirem indi men heyatimi basdan ayaqa nece danisim ele bilki turmede yasayirdim hec yere icazesiz cixmirdim gedendede bir yere ya ozuylr ailesiyle yada hec getmirdim axirdada usaqimnanda mehrum oldum ozumde trama aldim basimdan bes mene yiye durmurdusa men neynemeliydim 1 usaqla mene kim yiye duracaqdi meni ailesi atdi qapidan cole nede men ozume beraet qazandirmiram bes bu halda nece usaqi dunyaya getirmeliydim?
Cavab:
Aleykum salam. Bütün bunlar keçmişdə qaldı. Siz artıq Allaha tövbə edib namaz qılın, və sizə daha xeyirlisini nəsib etməsini dua edin. Başınıza gələn hər müsibət günahlarınızın yuyulması və axirətdə dərəcələrinizin artmasına səbəbdir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Cənnət əhlindən dünyada insanlar arasında ən çox müsibət görən (bir adam) gətiriləcək və Cənnətə salınacaq. Ona: "Ey Adəm oğlu! Bir müsibət gördünmü? Sənə bir sıxıntı üz verdimi?" - deyiləcək. O da: "Xeyr! Vallahi, ya Rəbb! Mənə heç bir müsibət gəlmədi və heç bir sıxıntı da görmədim" - deyəcək. (Muslim).
Həmçinin sizə haqsızlıq etmiş insanlardan qiyamət günü haqqınızı alacaqsınız. Daha ətraflı: Qul haqqı barədə
İslamda qoşulub qaçmaqla qurulan ailə batildir, çünki qız tərəfdən vəlinin razılığı (qızın atası, yoxdursa qardaşı, yoxdursa babası və ya əmisi və s.) olmalıdır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyrub: "Vəlisiz və iki şahidsiz nigah yoxdur". (Əbu Davud "Nikah", 20; ət-Tirmizi "Nikah", 14; İbn Məcəh "Nikah", 15; İmam Əhməd "Musnəd", 6/66; İbn Hibban; əl-Beyhəqi). Daha ətraflı: Nikah bağlamağın qaydaları
Siz ərinizdən kəbin kəsdirməyi dəfələrlə tələb etmisiniz, amma gərək bunu ailə qurmazdan qabaq edərdiniz.
Uşağı saxlaya bilməməkdən qorxaraq abort etdirmək olmaz. Uca Allah buyurur: "Yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Axı onların da, sizin də ruzinizi Biz veririk. Onları öldürmək, həqiqətən də, böyük günahdır". (əl-İsra, 31).
Əgər məcburi abort etdiriblərsə və sizin boyun qaçırmaq yolunuz olmayıbsa, bu halda günah sayılmır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) belə demişdir: "Uca Allah mənim ümmətimə səhvən, unudaraq və məcburiyyət qarşısında edilənləri bağışlamışdır". (İbn Məcəh, 2043).
Bütün bunları unudaraq və tövbə edərək tezliklə namaza başlayın: Namazın qılınma qaydası - VİDEO
Uca Allah buyurur: "Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allahın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, Bağışlayandır, Rəhmlidir". (əz-Zumər, 53). Daha ətraflı:
Tövbəni necə etmək lazımdır?