İmkan yoxdursa, Qurban bayramındakı qurbanı, yoxsa əqiq qurbanı kəsmək daha yaxşıdır?
Aleykum salam.
1) Cavabı aşağıdakı linklərdən oxuyun:
Yeni doğulan körpələrə tətbiq edilən sünnətlər haqda ətraflı yaza bilərsinizmi?
Yeni doğulmuş oğlan uşağı üçün iki baş qoyunun qurban kəsilməsi mütləqdirmi?
Həmçinin bölüşüdürüləndə paylanması üçün xüsusi olaraq bir ölçü miqdarı yoxdur. Sadəcə olaraq hədisdə gəlir ki, bir hissəsini özünə götürüb yerdə qalan digər hissəsi də ehtiyacı olan kasıblara paylanır və ya ziyafət verə bilərsiniz.
2) İmkan varsa hər ikisini də kəsmək savabdır. Bunların hər ikisi fəzilətli əməldir və hər ikisi də səhih hədislərə əsasən təsdiqlənib. Ümumən isə hansı birinci düşürsə, ona əməl etmək daha yaxşıdır. Yəni Qurbanlıq doğulacaq uşaqdan əvvəl düşürsə, onda imkan varsa, qurban kəsilir. Əgər uşaq qurbanlıqdan əvvəl doğulubsa, onda imkan daxilində əqiq qurbanı kəsilir. Həmçinin onu da qeyd edək ki, əqiq qurbanı vacibə bir az daha yaxındır. Qurbanlıqda imkanı olmayıb qurban kəsə bilməyənlər isə kədərlənməsin! Kasıb insan bilməlidir ki, əgər qurban kəsə bilmirsə, Allah Rəsulu (salləllahu aleyhi və səlləm) qurban kəsə bilməyən kasıblar üçün bütün ümmətinin adından qurban kəsib. Həmçinin Uca Allah bacarmadığı əməli bəndəsinə yükləməz: "Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər...". (əl-Bəqərə, 286).
Siz deyirsiz ki, Oktyabrda qurban bayramıdır, Noyabrda isə övlad dünyaya gəlir. Bunların arasında gün baxımından fərq çoxdur. Sizin imkanınız varsa, bayram günü qurban kəsin, inşallah övladınız doğulanda da Uca Allah imkan nəsib etsə onun üçün əqiq qurbanı da kəsərsiniz.
3) Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) namazın sonunda "Əssələmu aleykum va rahmətullahi" deyərək, sağ və sol tərəfinə salam verərdi. Bəzən də sağ tərəfə salam verərkən "Əssələmu aleykum va rahmətullahi" ifadəsinə "va bərakətuhu" sözlərini əlavə edərdi.