Bağırsağında problem olan şəxs necə namaz qılmalıdır və digər suallar
Aleykum salam. Bu cavabları oxuyun:
Dəstəmazı tez-tez pozulan adam necə namaz qılsın?
İslamda təqlid varmı?
Qunut duası namazlarda yalnız Vitr namazında, yaxud bir ağır müsibət bəla gəldiyi zaman tutulur. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) və səhabələri belə edərdi.
Şəfa verən Allahdır, amma şəfa tapmaq üçün vasitələrdən və səbəblərdən istifadə etmək lazımdır. Peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) buyurub: "Hər bir xəstəliyin bir dərmanı var. Əgər dərman xəstəliyə toxunarsa, Allahın izni ilə Şəfa tapar". (Muslim).
"Şübhəsiz ki, Allah xəstəliyi də, şəfasını da və hərd dərdin dərmanını da yaratdı. Allahın yaratdığı bu şəfalı dərmanlarla müalicə olmağa çalışın. Ancaq haramla müalicə olmağa cəhd etməyin". (Əbu Dəvud).
Ona görə də, yaxşı, inanılmış bir həkim tapıb müalicə olunun.