Körpə uşaqlara gözdəymə duasını necə oxuyaq?

    15.10.2014
Kimdən: 
aysel
Sual: 
salam sizin gozdeyme ile bagli cavabinizi oxudum. bes ushaqlara goz deydikde nece edek onlar hele yeni dil acan usaqdirsa biz oxumaliyiq onalrin yerine ve hansi sekilde? menim qizim cox tez tez yixilir hem de bashi daha cox deyir. kesilmemish qurbani var idi onu da kesdridik yene de yixilir. bu gozdeymeden ola biler? bir de men namaz qilanda bir de gorursen sozler yadimdan cixir yadima sala bilmirem bele olanda tezeden baslamaliyam namaza? ve tezeden baslayanda salamlari dememish namazi bitire bilmerem? bir de turk saytlarinda oxumuzshdum ki esr namazini vaxtinda qeza namazlarini qilmaq olmaz? bu duzgundur? sagolun
Cavab: 
Aleykum salam. Körpə uşaq üçün duaları siz özünüz oxuya bilərsiniz. Məsələn, gecə yatanda ovcumuza üfürüb əl-İxlas, əl-Fələq, ən-Nəs surələrini və Ayətul-Kursini oxuyub,  bədənimizə sürtürük. Eyni qaydada oxuyub bunu uşaqlara da etmək olar. Həmçinin Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) nəvələri Həsən və Hüseyni (Allah onlardan razı olsun) qorumaq üçün etdiyi duanı da oxumaq olar: Uşaqları qorumaq üçün oxunan dua 
Həmçinin oxuyun: Körpə uşaq yuxuda qorxub ağlayırsa, nə etmək lazımdır?
Uşağınızın digər uşaqlara nisbətən daha tez-tez yıxılmasını hesab edirsinizsə, bu barədə həkimə müraciət edə bilərsiniz.
Namazda sözlər yaddan çıxanda yenidən başlamağa ehtiyac yoxdur. Sadəcə yaddan çıxan sözü çalışıb yada salmaq lazımdır. Əgər xatırlamaq olmursa, növbəti hərəkətlərə keçib namazı davam edirsiniz və sonda salamdan qabaq iki dəfə səhv səcdəsi edirsiniz. Daha ətraflı: Səhv səcdəsi necə yerinə yetirilir?
Əgər əsr namazından qabakı namazları (sübh, zöhr) qəzaya buraxmısınızsa, istənilən bir namazın vaxtı girdikdə ondan öncə qəzaya qalan namazları qılmaq olar. Daha ətraflı: Qəza namazları neçə rükət və nə vaxt qılınır?
Paylaş: