Sələfilik nədir və bunun Vəhhabiliklə hansısa bir əlaqəsi varmı?

    26.10.2014
Kimdən: 
Ayten
Sual: 
Salam Aleykum. Zehmet olmasa, eger bilirsinizse selefilik haqqinda melumat vermeyinizi isteyirem. Bu teriqetdirmi? Ne zaman meydana gelib? Men namazi sizin burda yerlesdirdiyiniz videodaki kimi qilirdim( evvel 1-2 sehve yol verirdim, sonra videonu izledikden sonra, onlari duzeltdim) ve mene sen de selefisen dediler. Menim qebul etmediyim birsey var, o da ki bizim-muselmanlarin mutleq hansisa teriqetin ardinca gedib, ozumuzu onlarin uzvi kimi qebul etmeyimizdi. Daha dogrusu men bunu hec istemirem. Istemirem men ve basqa butun muselmanlar ozumuzu hansisa muxtelif ve bir birine zidd, hetta dusmen kimi qebul etdikleri teriqetlere, qruplara ve s. aid etsinler. Meger biz insanlarin ALLAHa ibadet etmeyi ucu, Peygemberimizin yolu ile gedib, ALLAHin emrlerini yerine yetirib, Onun rzasini qazana bilmeyimiz ucun mutleq bizi birimizden ayiran, bir birimize qarsi qezeb, nifret hetta kin yaradan teriqetler lazimdirmi? Axi bele seyler insanlari cox vaxt esas meqsedden, niyyetden - ibadetden uzaq salir.Dini en gozel sekilde, qiraqdan baxan hec kesin qorxub qacmayacagi, xosagelmez fikirler formalasdirmayacagi sekilde ?( meselen cox uzun saqqal, salvarin eteyini cox qisaltmaq kimi ) yasamaq, yasatmaq hec mumkun deyil? Neyse) Sualima donmek isteyirem, selefilik nedi? Bu bizim bildiyimiz Vehhabilikdirmi( hansiki hamimiz qaciriq ondan) ?
Cavab: 
Aleykum salam. Şəriətimizdə əməllərin qəbul olunmasının şərtləri ibadəti yalnız Uca Allah üçün etmək və Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) etdiyi kimi etməkdir. Saytımızdakı namaz videosu da səhih hədislər əsasında Peyğəmbərin (salləllahu aleyhi və səlləm) namaz qılma şəklinə uyğun hazırlanıb. Ona görə də siz öz ibadətlərinizi və Qiyamət günü Uca Allahın qarşısında necə cavab verəcəyinizi düşünməli, Uca Allahın razılığını qazanmaq üçün çoxlu əməllər etməli və sizə aid olmayan məsələlərlə və insanların nə deməsi ilə maraqlanmamalısınız. Sizdən hansı təriqətə mənsub olduğunuzu soruşduqda Allah Rəsulunun (salləllahu aleyhi və səlləm) yolunu getməyə çalışan müsəlman olduğunuzu deyin və söhbəti bitirin. Həmçinin oxuyun:
Teqlər: 
Paylaş: