Filmə baxandan sonra yuxuda masturbasiya etdiyimi görmüşəm, bu günahdır?
Aleykum salam. Bu cür filmlərə baxmaq zehni boş şeylərlə məşğul edir və insana günah qazandırır. Uca Allah buyurur: "Mömin kişilərə de ki, gözlərini haram edilmiş şeylərdən çevirsinlər, ayıb yerlərini (zinadan) qorusunlar. Bu onlar üçün daha yaxşıdır. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır! Mömin qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər, ayıb yerlərini (zinadan) qorusunlar". (ən-Nur, 30-31).
Diqqət yetirsəniz, əvvəlcə gözləri qorumaq, daha sonra isə zinadan qorunmaq deyilir. Bunun hikməti odur ki, gözün harama baxması zinaya apara bilər. Bu filmlərə baxmaq əvəzinə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) və onun səhabələrinin həyatı haqqında dərslərə qulaq asmaq qat-qat maraqlı və faydalı olardı. Daha ətraflı:
Əxlaqsız fotolara və ya videolara baxmaq olarmı?
Siz masturbasiya etmiş sayılmırsınız. Çünki Allah Rəsulu (salləllahu aleyhi və səlləm) demişdir: "Üç insandan qələm qaldırılmışdır (günahları yazılmır): Dəli ağıllanana qədər, yatan (yuxuda olan) oyanana (ayılana) qədər və uşaq həddi büluğa çatana qədər". (Hədis səhihdir. Səhihu-ll-Cəmi əs-Sağir: 3513. Əbu Dəvud: 12/ 78/ 4380).
Belə yuxular görməmək üçün oyaq vaxtı belə şeylərə baxmamaq, yatmazdan əvvəl isə zikrləri etmək lazımdır. Daha ətraflı:
Pis yuxular şeytan işidirmi?
İnsan hansı hallarda cunub olmuş sayılır?