Zikr nədir və tövbə necə edilir?

    27.11.2014
Sual: 
salam aleykum. zikr haqqinda etrafli bilmek isterdim...yeni ki, zikri nece edirler ve ya zikr edende hansisa xususi sozler ve yaxud da dualar varmi istifade edilsin? Tovbeni nece edirler,tovbe etmek ucun hansisa rituallardan istifade etmek lazimdir yoxsa ureyinde tovbe etmek yeterlidir? yeni bunlarin deqiq yollarini bilmek isterdim.Cox saq olun. Allah razi olsun.
Cavab: 

Aleykum salam. Zikr xatırlamaq deməkdir. Uca Allahı zikr etmək Onu xatırlamaqdır. İslam alimlərinə görə bütün ibadətlərin buyurulmasında məqsəd Allahı xatırlamaqdır. Uca Allah Musa peyğəmbərə belə buyurur: "Mə ibadət et vəni xatırlamaq üçün namaz qıl!" (Ta Hə, 14).
Quran oxumaq, dini söhbətlər etmək, dini elm öyrənmək, Quran ayələri haqqında düşünmək Allahı zikr etmək sayılır. Həmçinin, Uca Allah insanlara xüsusi sözlər söyləməyi buyurmuşdur ki, insanlar onları söyləyərək Allahı yad etsinlər. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Allah kəlmələrdən dördünü seçdi: "Subhəənəllaah, əlhəmdulilləəh, lə iləəhə illəllaah, Allahu Əkbər". Kim "Subhəənəllaah" - deyərsə, Allah ona iyirmi savab yazar və iyirmi günahını silər. Kim "Allahu Əkbər" - deyərsə, eynilə olar. Kim "Lə iləəhə illəllah" - deyərsə, eynilə olar. Kim ürəkdən "Aləmlərin Rəbbi olan Allaha həmd olsun (Əlhəmdulilləhi Rabbil-aləmin)" - deyərsə, ona otuz savab yazılar və otuz günahı silinər".
Bu zikrləri dodaqları tərpədərək söyləmək vacibdir. Həmçinin, müəyyən vaxta və hala görə edilən zikrlər vardır. Peyğəmbər yuxudan oyandıqda, məscidə getdikdə, səhər və axşam olduqda, evə daxil olduqda, evdən çıxdıqda, namaz qıldıqdan sonra, miniyə oturduqda və s. gündəlik zikrlər edərdi. Hər bir müsəlman bu zikrləri zikr və dualar kitablarından əzbərləməyə, mənalarını öyrənməyə və gündəlik həyatında tətbiq etməyə çalışmalıdır. Daha ətraflı: Müsəlmanın qalası (dua və zikrlər) kitabçası   Zikr nədir?

Tövbə haqqında bu məqaləni oxuyun: Tövbə etsəm, Allah bağışlayarmı?

Teqlər: 
Paylaş: