Namazlar arasında olan kiçik fasilə namazı batil edirmi?
Sual:
Salam aleykum.Mən gündə 3 dəfə namaz qılıram.Mən zöhr vaxtı zöhr namazın qılıb əsr namazına keçməmişdən əvvəl və ya şam namazın qılıb xiftən namazına keçməmişdən əvvəl arada 2,3 dəqiqə fasilə edirəm.yəni zöhr vaxtı zöhr namazın qılıb qutardım əsr namazına dərhal keçmirəm,bu 2,3 dəqiqə fasilədə mən bəzən namaz yerindən qalxıb getdiyim,bəzən yemək yediyim,bəzən də danışıb-güldüyüm olur,sonra keçirəm növbəti namaza.sualım budur ki,bu fasilə mənim namazımı batil edir ya yox?
Cavab:
Aleykum salam. Quran və səhih hədislərə əsasən namaz gündə beş dəfə qılınmalıdır. Namazları iki halda birləşdirmək olar. Birinci hal səfərdə olarkən, ikinci hal isə zərurət olduqda və hər namazı öz vaxtında qıla bilmədikdə. Daha ətraflı:
Namaz gündə üç dəfə, yoxsa beş dəfə qılınmalıdır?
Namazın beş vaxt olmasına dair ayə və səhih hədislər yaza bilərsinizmi?
Namazın qılınma qaydası - VİDEO