Çərəkə kitabı və təşəhhüddə barmağı tərpətmək haqqında

    09.01.2015
Sual: 
Assalamu aleykum necesiz?1) BU cereke deyilen kitab var onu oxumaq olar? 2.. tewehudde barmaqi terpetmey hedisderde var terpedmesen olar??3..Men mecide gormusemki bezi adamlar on setde yerden oturacaq kimi bir sey qoyub otururlar bu ne derecede duzgundur?3..Allah razi olsun
Cavab: 

Aleykum salam.

  1. Ümumiyyətlə Quran və səhih hədislərə (məsələn, əl-Buxari, Muslim, ət-Tirmizi, Əbu Davud, ən-Nəsai, İmam Əhməd, İmam Malik və s.) əsaslanan istənilən kitabları oxumaq olar, zəif və uydurma mənbələrə əsaslanan kitabları isə oxumaqdan çəkinmək lazımdır. Dediyiniz kitabdan da çəkinmək lazımdır. Bu kitab səhih mənbələrə istinad edir: Müsəlmanın qalası (dua və zikrlər) kitabçası
  2. Cavabı buradan oxuyun: Namazda şəhadət dedikdə barmağı niyə qaldırırlar?
  3. Ola bilsin ki, yaşlı və ya xəstə adamlardır, ayaqları ağrıdığı üçün yerdə otura bilmirlər. Bu halda oturacaq qoyub oturmaq icazəlidir.
Teqlər: 
Paylaş: