Dostum mənə psixoloji təsir edir, nə edim?
Aleykum salam. Ümumiyyətlə hər bir müsəlman ona fayda verən, yaxşılığı əmr edib pislikdən çəkindirən insanlarla dostluq etməlidir. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Kişi (insan) dostunun dinindərir. Elə isə hər kəs baxıb görsün kiminlə dostluq edir". (Əbu Davud, 4833; ət-Tirmizi, 2378; "Səhih əl-Cami", 3545).
Həmçinin buyurmuşdur: "Yaxşı dostla pis dostun məsəli, ətir satanla, körük vuranın məsəlinə bənzəyir. Ətir satanın yanında olsan, ondan ətir almasan belə ətrin iyindən ləzzət alacaqsan. Amma körük vuranın yanında olsan, paltarını yandırmasa da tüstüsündən əziyyət çəkəcəksən". (əl-Buxari, 2101).
Ona görə də, siz belə insanlardan mümkün qədər uzaq olmağa çalışın. Pis təsirdən qorunmaq üçün isə Ayətul-Kursi, əl-İxlas, əl-Fələq, ən-Nas surələri və digər zikrləri edə bilərsiniz. Həmçinin, namaz qılmaq şeytanın vəsvəsəsindən qorunmaq üçün ən böyük vasitədir. Həmçinin oxuyun:
Şeytanı və onun vəsvəsələrini uzaqlaşdıran dua
Cadudan necə qorunmaq olar?
Namazın qılınma qaydası - VİDEO