Dəstəmaz alarkən ağızı və burunu yumaq vacibdirmi?

    02.02.2015
Sual: 
Salam.Xahiw edirem sualimi cavablandirasiniz.Men bilmek isdiyirem suni ve sie namazi nece ayrilir bir-birinden?bunlarin hansi qebul olunur? Bes siz namaz nece qiliniz bele bir wey paylawmisiz ve orada yazilibki destnamaz alarken burunun ve agizin icini yumalisan. Ama sie namazinda bele bir wey yoxdu demeli o suni namazidi? hemde sozleride bawqa curuydu o namazin
Cavab: 

Və aleykum Salam. Peyğəmbərin (salləllahu aleyhi və səlləm) və səhabələrin dövründə heç bir məzhəb olmayıb. Uca Allah buyurur: "Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir". (Ali İmran, 105).
Ona görə də biz də daxil olmaqla, hər bir həqiqi əqidə sahibi olan müsəlman namazı Peyğəmbərimizin (salləllahu aleyhi və səlləm) və onun tələbələri sayılan səhabələrin qıldığı kimi qılmalı və dini də onların yaşadığı kimi yaşamalıdır.  Peyğəmbərimiz (Allahın ona və ailəsinə salavatı və salamı olsun) səhabələrinə belə demişdir: "Mənim necə namaz qıldığımı gö­rür­­­­­­­­sünüz, siz də elə namaz qılın!" (əl-Buxari, 631).
Ləqit ibn Səbirə (radıyəllahu anhu) adlı səhabə rəvayət edir ki, peyğəmbər buyurmuşdur: "Dəstəmaz aldıqda ağzını yaxala!" (Əbu Davud, 132).
Əbu Hureyra (radıyəllahu anhu) rəvayət edir ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Sizdən biriniz dəstəmaz aldıqda burnuna su çəkib onu yusun!" (əl-Buxari, Muslim, Əbu Davud).
Əli ibn Əbu Talibdən (Allah ondan razı olsun) rəvayət olunur ki, o, su gətizdirib ağzını yaxaladı, burnuna su aldı və sol əli ilə burnunun içindəki suyu təmizlədi. O bunu üç dəfə etdikdən sonra dedi: "Peyğəmbər də belə dəstəmaz alardı". (ən-Nəsai, 91).
Abdullah ibn Zeyd (radıyəllahu anhu) rəvayət edir ki, Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) ağzını və burnunu üç ovuc su ilə yudu. (əl-Buxari; Muslim).
Odur ki, əgər siz də peyğəmbərimizin, səhabələrin necə dəstəmazı aldıqlarını, necə namaz qıldıqlarını və hansı yol üzərində olduqlarını bilmək istəyirsinizsə, bu linklərə baxın:
Dəstəmaz almaq və namaz qılmağın qaydası
Şiə və sünni nədir və bunların hansı düzgündür?

Paylaş: