Ayaqlara məsh çəkmək haqqında hədislərdə məshlikdən danışılır, axı corab fərqlidir...
Sual:
Salam. Peyğəmbərİmizin ayağına məsh etməsi barədə hədisdə ancag məshlikdən danışılır. Bizim indiki geyindiyimiz corablar axı ondan fərqlidi, çirk keçirirlər. Nə etməliyik?
Cavab:
Aleykum salam. Coraba məsh çəkmək haqqında da hədislər də var: Muğirə ibn Şu'bə (Allah ondan razı olsun) rəvayət edir ki, peyğəmbərimiz (salləllahu aleyhi və səlləm) dəstəmaz aldı və corablarının və ayaqqabılarının üzərinə məsh çəkdi. (Əbu Dəvud: "Təharət", 61 (159), ət-Tirmizi: "Təharət", 74 (99)). Daha ətraflı:
Dəstəmaz alanda yalın ayağa, yoxsa corabın üstündən məsh çəkilməlidir?
Dəstəmaz alarkən ayaqlar yuyulur, yoxsa üzərinə məsh çəkilir?