Namaz qılmaq istəyirəm, amma namazın sonunda salamlar barədə şübhəm var...
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu. Allahın əmrini dəqiqliklə yerinə yetirməyə çalışmağınız çox gözəl haldır, Allaha dua edirik ki, sizi öz dini üzərində sabit etsin. Namazda qiblədən dönmək deyiləndə, qiblə istiqamətini bilə-bilə, nəzərə çarpacaq dərəcədə başqa istiqamətə yönələrək namaz qılmaq nəzərdə tutulur və bu hal namazı batil edir. Sağa və sola salam vermək isə namazı batil etmir, çünki Allah Rəsulu (salləllahu aleyhi və səlləm) bu cür namaz qılmış və demişdir: "Mən necə namaz qılıramsa, siz də elə qlıln!" (əl-Buxari). Uca Allah buyurur: "...Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir". (əl-Həşr, 7). Həmçinin oxuyun:
Dəstəmazı və namazı batil edən hallar
Namazda sağa və sola salam verməyin mahiyyəti nədri?