Sərxoş olmayacaq dərəcədə içki içmək günahdırmı və digər suallar

    20.03.2015
Kimdən: 
Famil
Sual: 
Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu 1.Spirtli içkini sərxoş olmayacaq dərəcədə içmək də günahdır? 2.Hz.İsanın və onun tərəfdarlarının şərabı sərxoş olmayacaq dərəcədə içdiyi doğrudur? 3.Hz.İsa həqiqətən çarmıxa çəkilmişdi? Hz.İsa əgər çarmıxa çəkilib öldürülmüşsə qəbiri harada yerləşir? Əgər çəkilməyibsə onda bu iftiranı kim və niyə atıb? 4.Son zamanlar mənə çox vəsvəsələr gəlir.Ürəyimdən pisliklər etmək keçir amma etmirəm.Etmədiyimə görə mənə savab yazılır? 5.Mən masturbasiya ilə məşğulam.Evlənmək yaşım deyil ki,evlənim.Arıq olduğum üçün oruc da tuta bilmirəm.İmanımın da buna bir faydası yoxdur.Pis mühitdən də uzaq ola bilmirəm,adicə televizorda,telefonda və ya küçədə açıq-saçıq geyinən qız görsəm şəhvət hissi gəlir.Bu masturbasiyanı dayandırmaq üçün daha nə etməliyəm? 6.Cənabətli halda tərcümə olunmuş Quran da oxumaq olmaz?
Cavab: 

Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu.

  1. Peyğəmbər (salləllahu aleyhi və səlləm) demişdir: "Çox miqdarı sərxoş edənin (içki və digər şeylər) azı da haramdır". (Əbu Dəvud; ət-Tirmizi, İbn Məcəh). "Zinakar zina etdiyi zaman mömin deyildir, şərab (sərxoşedici) içən onu içdiyi zaman mömin deyildir, oğurluq edən onu etdiyi vaxt mömin deyildir". (Əbu Dəvud, ət-Tirmizi, İbn Məcəh). "Hər bir sərxoşedici haramdır. Həqiqətən Uca Allahın sərxoşedici maddələrdən içənlərə, cəhənnəm əhlinin tərindən içirtməyə əhdi var. Kim şərab (sərxoşedici) içərək ölərsə, Uca Allah ona cəhənnəm sakinlərinin içkisi olan irin içirdər". (Muslim; ən-Nəsəi). Daha ətraflı: İçki içməyin günahı
  2. İsa peyğəmbərin (aleyhis-sələm) və onun tərəfdarlarının şərabı sərxoş olmayacaq dərəcədə içdiyi haqqında heç bir məlumatımız yoxdur.
  3. İsa peyğəmbər çarmıxa çəkilməyib. Uca Allah buyurur: "Onlar (həm də) küfr etdiklərinə və Məryəmə böyük bir böhtan dediklərinə görə, bir də: "Həqiqətən, biz Allahın elçisi Məryəm oğlu İsa Məsihi öldürdük!" - dediklərinə görə (lənətə düçaredildilər.) Halbuki onu nə öldürdülər, nə də çarmıxa çəkdilər. Onlara ancaq (İsanın) bənzəri göstərildi. Şübhəsiz ki, bunda ixtilaf edənlər onun barəsində şəkk-şübhə içindədirlər. Bu haqda onların, zənnə uymaqdan başqa heç bir məlumatı yoxdur. Onlar onu öldürdüklərinə yəqinliklə əmin deyillər. Əksinə, Allah onu Özünə tərəf qaldırmışdır. Allah Qüdrətlidir, Müdrikdir". (ən-Nisə, 156-158). Bu və Qurandakı digər ayələr göstərir ki, İsa peyğəmbər (Allahın ona salamı osun) çarmıxa çəkilməyib, onun yerinə ölən isə, İsaya (Ona Allahın salamı olsun) xəyanət edən münafiqlərdən biri idi. 
  4. Bu cavabı oxuyun: Pis şey fikirləşib amma onu etməsək günah qazanırıq?
  5. Peyğəmbər (salləllahu aleyhi və səlləm) evlənə bilməyənlərə oruc tutmağı tövsiyə etmişdir. Oruc tutmamaq üçün insanın arıq olması üzr deyil. Həmçinin gözü haramdan qorumaq lazımdır. Əgər belə problem varsa, televizora az baxın və qadınların açıq geyindiyi yerlərə getməyin. Daha ətraflı: Masturbasiyadan necə qurtulmaq olar?  
  6. Bu cavabı oxuyun: Quranı və tərcüməsini dəstəmazsız oxumaq haqqında
Paylaş: