Satıcı malı baha qiymətə satıb pulu özünə götürə bilərmi?

    14.03.2015
Sual: 
salam eleykum. satici mali oz deyerinden baha qiymete satib pulu ozune saxliyirsa bu haramdi? ( sistani aqa) 2. qurana qarsi sekk yaranir mende.ne ede bilerem. Allah razi olsun
Cavab: 

Aleykum salam.

  1. Dükan sahibinin xəbəri olmadan malı onun qoyduğu qiymətdən baha qiymətə sataraq həmin pulu özünə götürmək haramdır, çünki bu, aldatmanın bir növüdür. Allah Rəsulu (sallallahu aleyhi və səlləm) buyurub: "Bizi aldadan bizdən deyil". (Səhih Muslim "İman", 164). Hədisin mənası ümumidir. Alış-verişdə, nəsihət etməkdə, söz verərkən, əmanətdə aldatmaq və s. digər şeylərdə aldatmaq bura daxildir. Belə etməklə siz mal sahibinin haqqına girmiş olursunuz, bu isə qul haqqına aiddir. Daha ətraflı: Qul haqqı barədə
  2. Qurana qarşı şəkk yaranırsa, Quranı açıb oxuyun (tərcüməsini və bacarırsınızsa, ərəbcəsini), ərəbcə oxunmasına qulaq asın və dini biliklərinizi artırın. Həmçinin oxuyun:

İmanda şəkkə düşənin duası
Pis fikirlərdən necə qorunmalıyıq?
Cadudan necə qorunmaq olar?

Teqlər: 
Paylaş: