Namazda Fatihə surəsindən sonra Ayətul-Kursini oxumaq olarmı?

    27.03.2015
Sual: 
Salam namaza basladiqda sübhaneke euzü besmele ile Fatiha suresi oxuduqdan sonra Ayetel kursi oxumaq olarmi? Birinci ruketde oxunan surə uzun 2ci rüketde oxunan sure qisami olmali sehif secdesi etdiyimizdə ettehiyyatu oxuyub saga sola salam verib 2 defə səcdə etdikden sonra oturub ettehiyyatu allahumme salli allahumme barik duası rabbana atina duası bu cür etmek düzgündürmü
Cavab: 
  1. Aleykum salam. Namazda əl-Fatihə surəsindən sonra əzbər bildiyiniz istənilən surəni oxuya bilərsiniz. Şəriətə görə namazda əl-Fatihədən sonra konkret bir surə təyin olunmamışdır. Əgər yalnız bir surə bilirsinizsə, bu surəni daim oxuya bilərsiniz. Bir neçə surə bilirsinizsə, hər dəfə birini oxuya bilərsiniz. Uca Allah buyurur: "Qurandan (sizə )asan gələni oxuyun! O bilir ki, bəziləriniz xəstə olacaq, digərləriniz Allahın mərhəmətindən (ruzi) əldə etmək məqsədilə müxtəlif yerlərə səfərə çıxacaq, bir qisminiz də Allah yolunda vuruşacaqdır. Buna görə (namaz qılarkən) Qurandan sizə asan olanı oxuyun". (əl-Muzzəmmil, 20). Həmçinin oxuyun: Peyğəmbərimiz namazlarda hansı surələri oxuyardı? 
  2. Ümumən, sünnəyə görə ikinci rükət birinci rükətə nisbətən qısa olmalıdır. 
  3. Bu cavabı oxuyun: Səhv səcdəsi necə edilir?
Teqlər: 
Paylaş: