Namaz qılmayıb, amma islamın digər qaydalarına əməl etsəm, bağışlanarammı?

    16.01.2014
Sual: 
Salam aleykum. Mən namaz qılmayib islamın yerde qalan diger qaydalarına əməl etsəm olarmi? Meselen; Oruc tutub tövbə etmək və.s. Bu nə qədər düzgündür?
Cavab: 

Aleykum salam. Ümumiyyətlə, xeyir işlərdən nəyi bacarırsınızsa onları edin. Amma namaz qılmaq hər bir müsəlmana vacibdir. Əslində namaz sizə günahları tərk etməyə və yaxşı işlər görməyə də kömək olacaq. Uca Allah buyurur: "Kitabdan sənə vəhy olunanları oxuyub namaz qıl. Həqiqətən, namaz çirkin və yaramaz işlərdən çəkindirir. Allahı yada salmaq isə (ibadətlərin) ən əzəmətlisidir. Allah nə etdiklərinizi bilir". (əl-Ənkəbut, 45).
"Namazı bitirdikdən sonra ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı yad edin. Təhlükə sizdən sovuşduqda isə, namazı (lazımi qaydada) qılın. Çünki namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir". (ən-Nisə, 103). Həmçinin bu məqaləni oxuyun: Namaz ən fəzilətli ibadətdir

Paylaş: