Namaz qılmazdan əvvəl oxuyub elm öyrənmək daha vacibdirmi?

    07.05.2015
Kimdən: 
aysel
Sual: 
Yoxsa namaz?? Turk din xadimlerinden birinin fikrini dinledim Allahin quranin ilk novbede oxumag ve elm oyrenmeyi daha sonra namaz qilmagi buyurdugunu deyirdi. Bu duzdurmu?
Cavab: 

Salam aleykum. Burada elm deyildikdə Allah və din haqqında hamının bilməli olduğu elm nəzərdə tutulursa, bəli namaz qılmadan əvvəl bu vacib məlumatları hamı bilməlidir. Buraya Allahın tək və şəriksiz olduğu, ibadətin bütün növlərinin (namaz qılmaq, dua edib kömək istəmək, qurban kəsmək və s.) yalnız Allaha edilməsi, Allahdan başqasından (qəbirdən, daşdan və s.) kömək istəməyin şirk olması və s. daxildir. Daha ətraflı:
İslam və iman nədir?
Allaha şərik qoşmaq (şirk) nədir?

Elm dedikdə dünyəvi elmlər (riyaziyyat, fizika, ədəbiyyat və s.) nəzərdə tutulursa, xeyr, namaz qılmaq üçün bunlar vacib şərt deyil. Dünyəvi elmləri öyrənmək və öyrətmək xeyirli əməllərdən sayılır, amma Uca Allah Quranda namaz qılmaq üçün bunları öyrənməyi şərt qoymayıb. Namaz savadlı və ya savadsız, hər kəsə vacibdir. Həmçinin oxuyun: Elm öyrənmək haqqında

Paylaş: