Namazda ayaqlar arasında məsafə nə qədər olmalıdır və digər suallar

    18.05.2015
Sual: 
Salam aleykum.saytinizda olan namazin qilinmasi qaydasina baxdim.ama bezi weyler qaranliq qaldi mencun.1.ayaqlar ne qeder mesafede arali qoyulmalidir.2secdeye getdikde once eller qoyulur yoxsa dizler.3.ikinci rukete qalxdiqda eller yumruq halinda qalxmaliyiqmi?elave suallarim:namaz qilanin onunden kecmek niye gunahdir.?namaz qildiqda tam sessizlik olmalidirmi?namazi 2nefer qildiqda camaat namazi sayilir.bes bele halda olduqda da 27savab sayilirmi?
Cavab: 

Aleykum salam.

  1. Namazda ayaqların çiyinlərlə bərabər məsafədə tutulması daha yaxşıdır.
  2. Namazda səcdəyə gedərkən əvvəlcə həm əllərin, həm də dizlərin qoyulması ilə bağlı səhih hədsilər var. Bəzi alimlərə görə əvvəlcə əlləri yerə qoymaq daha üstündür. Ən doğrusunu Allah bilir. 
  3. Yumruq üstə və ya əllər açıq formada qalxmağın fəqri yoxdur
  4. Namaz qılanın qarşısından keçməyi Allah Rəsulu (Allahın ona salavatı və salamı olsun) qadağan edib. Daha ətraflı: Sütrə nədir?
  5. Namaz qılarkən fikri cəmləmək lazımdır, ona görə də imkan varsa, sakit yerdə qılmaq daha yaxşıdır. Həmçinin bu linki oxuyun: Namazda fikrin yayınmaması üçün nə etmək lazımdır? 
  6. Bu cavabı oxuyun: İki nəfərin bir yerdə namaz qılması camaat namazı sayılırmı? 
Teqlər: 
Paylaş: