Valideynlərimlə pis davranıram və bəzən namazları qılmıram, tövbə etsəm bağışlanaram?
Aleykum salam. Etdiyiniz şeylər ən böyük günahlardandır, tövbə edərək bu günahların təkrarlanmaması üçün cəhd göstərməlisiniz, Uca Allah tövbələri qəbul edəndir: "Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan sonra Bağışlayandır, Rəhmlidir". (əl Əraf, 153). "Hər kəs pis iş gördükdən və ya özünə zülm etdikdən sonra Allahdan bağışlanmağını dilərsə, Allahın bağışlayan, mərhəmətli olduğunu görər". (ən-Nisə, 110).
İmanınızı artırmaq üçün dini öyrənməyə daha çox vaxt ayırın, xüsusən də namazları buraxmağın günahı və valideynlərlə yaxşı davranmaq haqqında çoxlu dərslərə qulaq asın. Həmçinin oxuyun:
Tövbə etsəm, Allah bağışlayarmı?
İmanı artırmaq üçün nə etmək lazımdır?
Valideynləri incitməyin günahı
Sübh namazına vaxtında durmaq üçün nə etmək lazımdır?
Günahdan necə əl çəkmək olar?