Qəh-qəhə ilə gülmək dəstəmazı pozurmu və digər suallar
Sual:
Salam aleykum ve rehmetullahi ve bereketu.1.qeh-qehe ile gulmek destemazi pozurmu?2.chayda qusl almaq olarmi?3.Cume namazinda sunnetleri qilmag vacibdirmi?4.Niyyet olmadan (unutduqda)namaz qilinarsa batildirmi ve bu namaz yeniden qilinmalidirmi?
Cavab:
Aleykumu-s-sələm va rahmətullahi va bərakətuhu.
- Qəh-qəhə ilə gülmək dəstəmazı yox, namazı pozur. Daha ətraflı: Dəstəmazı və namazı batil edən hallar
- Bəli, çayda qüsl almaq olar
- Cümə namazından əvvəl sünnət namazı yoxdur. Çünki peyğəmbərə (salləllahu aleyhi və səlləm) istinadən bu sübuta yetirilməyib. Həmçinin səhabələrə istinadən cümədən əvvəl hər hansı xüsusi ratibə (daim qılınan) sünnət namazının olduğunu göstərən heç bir rəvayət nəql olunmayıb. Cümə namazından sonra isə yerini dəyişərək və ya başqaları ilə söhbət etdikdən sonra nafilə namaz qılmaq olar.
- Namaz üçün niyyət zəruridir, amma onu dillə demək dində bidət (yenilik) sayılır. Niyyət etmək məqsədi olmaq deməkdir. Məsələn, zöhr namazı qılmaq məqsədilə yerinizdən qalxıb namaz qılmısınızsa, artıq niyyət etmiş sayılırsınız.