Fatimənin ruhunu zikr etmək və təsbehlə fala baxmaq haqqında
Sual:
Salam. Men süb vaxtı tesbehle zıkır edırem" 3 defe deyırem xanım fatımeyı zehranın ruhuna zıkır edırem salavat cekırem sora ardından deyırem fılan ıshım duzelecekse cut gelsın 3 defe deyırem her deyende elımı tesbehe cekırem 3cu nu deyenden sonra amın deyıb elımı bır yerde saxlayıram bezen eynı dua ucun cut bezen tek gelır"" men bununla gunah edırem mı???
Cavab:
Aleykum salam. Zikr ibadətin bir növüdür, bütün ibadətlər isə Allah üçün edilir. Daha ətraflı Zikr nədir? məqaləsindən oxuyun. Təsbehlə və ya başqa şeylərlə fala baxmaq isə ən böyük günahlardandır, bundan tövbə etmək lazımdır. Daha ətraflı:
Fala baxmaq haqqında
Namazdan sonra təsbeh çəkmək olarmı?