"Fərz namazının sonundakı dua" deyildikdə salamlardan əvvəl, yoxsa sonra nəzərdə tutulur?

    05.08.2015
Sual: 
salam aleykum . Peyğəmbərdən (Allahın ona salavat və salamı olsun) “Hansı dua daha çox eşidiləndir” – deyə soruşduqda O: «Gecənin axır vaxtı və fərz namazının sonunda edilən dua» – deyə cavab vermişdir. (Tirmizi) bu hedisde deyilen ferz namazinin sonunda edilen dua dedikde namazin icinde tesehhudden sonra edilen dua nezerde tutulur yoxsa namaz qurtarandan sonra edilen dua nezerde tutulur?bu duani oz dilimizde deye bilerikmi yeni Allahdan istediyimizi oz dilimizden demek namazin sonunda tesehhudden sonra?
Cavab: 
Və aleykum Salam. Əbu Uməmə əl-Bəhili (Allah ondan razı olsun) rəvayət edir ki, peyğəmbərdən (Allahın ona və ailəsinə salavat və salamı olsun) "Hansı dua daha çox eşidiləndir" – deyə soruşduqda O, (salləllahu aleyhi və səlləm): "Gecənin axır vaxtı və fərz namazının sonunda edilən dua" – deyə cavab vermişdir. (ət-Tirmizi, 2782). 
Məşhur İslam alimləri bu hədisi şərh edərkən bildirmişlər ki, hədisin zahirinə görə burada qeyd olunan dua namazın sonunda təşəhhüddən sonra, salamdan əvvəl edilən dua nəzərdə tutulur. (Məcmuu Fətava, 13/268). Həmçinin oxuyun:
Axırıncı təşəhhüddən sonra, salamdan qabaq edilən dua
Salam verib namazı bitirdikdən sonra edilən zikrlər
Teqlər: 
Paylaş: