ən-Nəbə surəsinin 31-34-cü ayələrinin izahı

    06.09.2015
Kimdən: 
Aytəkin
Sual: 
Salam QURANDA NƏBƏ surəsinin 31 34 ci ayələri haqqında nə deyə bilərsiniz. Sözsüz ALLAH hər şeyin ən yaxşısını biləndir YƏNİ Kİ BİR kişi fani dunyada bir qadınla evli olduğunu halda axirətdə də bir qadınla evli olacaq yoxsa yox. Bunu aid hansı ayəni deyə bilərsiz ki oxuyum? Xahiş edirəm cavab yazın.
Cavab: 

Aleykum salam. Uca Allah buyurur: "Həqiqətən, müttəqilər üçün nicat yeri vardır. (Həmçinin) bağlar və üzümlüklər, dolğun döşlü həmyaşıd qızlar və ləbələb (doldurulmuş) qədəhlər də (vardır)!" (ən-Nəbə, 31-34). 
Bu ayələr barədə İbn Kəsirin (Allah ona rəhmət etsin) təfsirində belə deyilir: "Allah Təala xoşbəxt insanlardan və onlar üçün hazırladığı bolluca nemət və bəxşişlərdən söhbət açaraq buyurur: "Şübhəsiz, müttəqilər üçün bir qurtuluş vardır". İbn Abbas və Dahhak (Allah onlardan razı olsun) bu ifadəyə gəziləcək bir diyar vardır deyə məna vermişlər. Qatədə və Mucahid (Allah onlardan razı olsun) isə deyirlər ki, Cəhənnəmdən xilas olub nicat tapacaqlar. Lakin ən dolğunu İbn Abbasın verdiyi mənadır. Çünki Allah Təala bu ayənin arxasınca "Baxçalar və üzümlüklər" - deyə buyurdu. Bu xurma və s. meyvə bağları anlamına gəlir.
"Sinələri təzəcə tumurcuqlanmış həmyaşıd qızlar". Yəni sinələri tumurcuqlanmış hurilər. İbn Abbas, Mucahid və başqaları deyirlər ki, ayədə keçən söz sinələri hələ dolmamış bakirə qızlar deməkdir. Onların hamısı eyni yaşdadırlar. Əl-Vaqiə surəsində bunun daha ətraflı izahı verilir. İbn Əbu Hatim (Allah ondan razı olsun) bunları qeyd edir: "Abdullah ibn Əhməd ibn Abdurrahmən əd-Diştəki bizə Əbu Uməmədən (Allah onlardan razı olsun) nəql etmişdir ki, peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) buyurdu: "Cənnət əhlinin köynəkləri Allahın bağçalarından görsənər. Buludlar onların üstünə gələr və belə səslənər: "Ey Cənnət əhli, nə fikirləşirsiniz, sizə yağış endirimmi?" Nəhayət yağış onlardan sinələri tumurcuqlanmış həmyaşıd qızların üzərinə yağar". 
"Dolu qədəhlər". İbn Abbas (Allah ondan razı olsun) deyir ki, bu, ard-ardına doldurulmuş qədəhlərdir. İkrimə (Allah ondan razı olsun) isə saf və parlaq qədəhlər olduğunu bildirmişdir. Mucahid, Həsən, Qatədə və İbn Zeyd (Allah onlardan razı olsun) ağzına kimi doldurulmuş qədəhlər kimi məna vermişlər. Mucahid və Səid ibn Cubeyr (Allah onlardan razı olsun) ard-ardına gələn qədəhlər mənasını söyləmişlər. (İbn Kəsir təfsiri)
Həmçinin oxuyun:
Cənnətdəki hurilər nə üçündür?
Qadının bir neçə əri olubsa, Cənnətdə hansı ilə olacaq?

Teqlər: 
Paylaş: