Xristianın müsəlman olması üçün sünnət olunması vacib şərtdirmi?
Sual:
Salam.yoldasim rus milləti lakin bizim vətəndaşdır.qohumlari xristiandır.ozu isə xaç suyuna salınmayıb.indi islam dinini qəbul etməy istiyir.islam dinini qəbul etməsi üçün sunnet olunması vacibdirmi? Və yaxud sunnet olmasa islami qəbul edib müsəlman ola bilərmi?
Cavab:
Aleykum salam. Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun) kişilərə sünnət olunmağı vacib buyurmuşdur. Amma bu kiminsə islamı qəbul etməsinin yolunda dayanmamalıdır. Həmin şəxs şəhadət gətirərək İslama daxil olduqdan bir müddət sonra da sünnət oluna bilər. Həmçinin ona bu əməliyyatın Peyğəmbərin (salləllahu aleyhi və səlləm) əmri olması və tibbi faydaları barədə məlumat verilməlidir. Həmçinin oxuyun: Sünnət olmayan oğlan uşaqları müsəlman sayılırmı?