"İnşallah" sözü necə yazılır və namaz qılana "Allah qəbul etsin" demək olarmı?
Sual:
Salam aleykum.bu soz In şə Allah ya inşallah yoxsa inşəallah kimi yazilir? dogru yaziliş necədir.2məsələn inşallah sagalarsan iişin düzələr demək olarmi.yoxsa inşəallah demək olmaz belə sozlərdə.naçaz qilan insana Allah qebul elesin demek olar olarmi yoxsa bidetdir
Cavab:
Aleykum salam.
- "إن شاء الله" ifadəsinin transkripsiyası "İnşallah" ("İn Şəə Allah") şəklindədir. Həmçinin oxuyun: "İnşallah" sözünün mənası nədir?
- Əgər ehtiyac yaranarsa, çox nadir hallarda demək olar. Ancaq adət halına salaraq hər dəfə namazı qılıb qurtardıqdan sonra kiməsə "Allah qəbul eləsin" demək icazəli deyil və bu dinimizə sonradan gətirilən bidət (yenilik) əməllərdən hesab olunur. Alimlər demişlər ki, namazı bitirdikdən sonra əl sıxmağın, nə də ki, "Allah qəbul etsin!" sözünün şəriətimizdə əsli yoxdur. Nə peyğəmbərdən (Allahın ona və ailəsinə salavatı və salamı olsun) nə də səhabələrdən (Allah onlardan razı olsun) belə bir şey rəvayət edilməmişdir. (Məcmuu Fətəva, 13/171).