Səcdədə dua etmək, 1 və 4-cü günlər oruc tutmaq və s. barədə

    28.09.2015
Kimdən: 
shebnem(ŞV)
Sual: 
Salam. Men namazda secdeye gederken her defe ureyımden bır dua kecırırem gunahmı edırem??? men her 1 cı ve 4 cu gunler oruc tutmaq. Istırem olar??? Bu emelım Allaha xosh gedermı,?? Bız ınsanlar nece bıler bılerık kı. ALLAH. Bızım dualarımızı eshıdır? Namazımızı qebul edır ve namaz qılmaqımızı ısteyır??
Cavab: 
Aleykum salam.
1. Bəli, namazda səcdədə olarkən dua edə bilərsiniz. Daha ətraflı: Səcdədə dua etmək barədə
2. Birinci və dördüncü günlər oruc tutmaq savabı böyük olan əməllərdəndir və peyğəmbərimizin (Allahın ona salavatı və salamı olsun) sünnəsidir. Daha ətraflı: 1-ci və 4-cü günlər tutulan oruc barədə
3. Uca Allah duaları eşidir, onun üçün qılınan namazları qəbul edir və bunları etməyi bizə əmr edir. Buna əmin olmaq üçün Qurani-kərimi oxuya bilərsiniz.
Teqlər: 
Paylaş: