Başımı yuyanda xəstələndiyim üçün qüsl əvəzinə divarla təyəmmüm edə bilərəmmi?

    04.10.2015
Kimdən: 
x
Sual: 
salam.men herdefe cenabet qusul alanda basima mesh cekirem ancaq yumuram.tez tez basimi yuyanda xestelenirem,basim agriyir.mene deyillerki senin quslun sehih deyil.teyemmumle qusl et deyirler.eger divarda kraska,emusiya varsa teyemmum etmek olarmi? xahis edirem sizden sualima tez cavab yazasiniz
Cavab: 

Aleykum salam. Ümumən bu məsələ alimlər arasında ixtilafıdır. Bəzi islam alimləri deyib ki, belə halda bütün bədən yuyulur və yuyula bilməyən yerə isə məsh çəkilir və bu kifayət edir. Alimlərə görə isə bu halda bütün bədəninizi yuyursunuz və su vura bilmədiyiniz yerə məsh çəkirsiniz və daha sonra yuya bilmyədiyiniz yerlərin əvəzinə həm də təyəmmüm almaq lazımdır. Təyəmmüm həm dəstəmazdan əvvəl, həm də sonra alına bilər. Alimlər arasında daha çox üstünlük verilən görüş də elə budur. Təyəmmüm almaq üçün isə evə təmiz bir qaba bir az torpaq qoyun və onunla da təyəmmüm edin. Torpaq olmasa, mebelin üstündəki və ya pəncərənin qarşısındakı tozla, üzərində kağız və ya boya olmayan divarla da təyəmmüm etmək olar.
Qadınlar qüsl alarkən isə saçların tam islanması vacib deyil. Saçlarını bir yerə toplayıb 3 dəfə başına su tökməsi kifayət edir və bu zaman suyun dəriyə çatması önəmli deyil. Həmçinin oxuyun:

Paylaş: