Qışda şərait olmadığı üçün sübh namazını qəza edə bilərəmmi?

    24.10.2015
Kimdən: 
Allah bendesinden
Sual: 
Salam Aleykum.Qisda hava cox soyuq oldugu ucun seherler su problemi olur bizde.bide evimiz cox soyuq olur.yeni qisacasi imkan yoxdu .mende yeni namaza baslamisam.yeni ancaq subh namazini qeza edib gunorta namazindan sora qila bileremmi.?? Xahis cvb yazin
Cavab: 
Va aleykum Salam. Uca Allah namazı hər kəsə bütün şəraitlərdə vaxtında qılmağı vacib buyurmuşdur: "Namazları və (günortadan sonrakı) orta namazı qoruyun və Allah qarşısında mütiliklə durun". (əl-Bəqərə, 238).
Həmçinin, buyurur: "Namaz möminlərə müəyyən olunmuş vaxtlarda vacib edilmişdir". (ən-Nisa, 103).
Su tapmadıqda, dəstəmaz almaq xəstələnməyə səbəb olarsa, yaxud soyuq hava şəraiti olduqda dəstəmaz əvəzinə müvəqqəti olaraq torpaqla təyəmmüm etmək olar. "...su tapmasanız, təmiz torpaqla təyəmmüm edin və ondan üzünüzə və əllərinizə sürtün. Allah sizi çətinliyə salmaq istəməz, lakin O sizi pak etmək və sizə olan nemətini tamamlamaq istər ki, bəlkə şükür edəsiniz". (əl-Maidə, 6). Təyəmmüm "Bismilləh" deyib, əllərin içini torpağa vurduqdan sonra üzə və əllərə sürtməklə olur. Həmçinin, oxuyun:
Hansı hallarda təyəmmüm etmək olar və onu pozan şərtlər hansılardır?
Hansı hallarda namazları qəzaya saxlamaq olar?
Teqlər: 
Paylaş: