Ölən üçün Ya Sin oxumaq yaxud Quran tapşırmaq olarmı?
Sual:
Salam Aleykum menim muselman qardasim. Siz bir soz sorusmaq isterdim Oluler ucun quran tapsirmaq olar Yasin oxumaq . Atam rehmete gedib ve her gun yuxuma girir men de onun ucun quran tapsirmaq isteyirem Quran tapsira bilerem?
Cavab:
Va aleykum Salam. Ölən insan üçün Quran oxumaq və ya Quran tapşırmaq olmaz. Çünki, bunun dini əsası yoxdur. Nə Peyğəmbər (Allahın ona və ailəsinə salavatı və salamı olsun), nə də onun səhabələri bunu etməmişlər. Bu əməl dinimizdə bidət (dində yenilik) sayılır. Daha ətraflı:
Qurani Kərimi xətm etdikdən sonra Quranı tapşırmaq olarmı?
Övlad vəfat etmiş valideyninə nə yaxşılıq edə bilər?